İki uşaq zorakılığa məruz qalıb - “Gecə 12-də səsə oyananda anamızı yerdə xırıldayan gördük”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda iki uşaq qohumu tərəfindən zorakılığa məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.
O bildirib ki, zorakılığa məruz qalan həmin azyaşlılar sığınacağa qəbul edilib.
“2019-cu ildə narkotik istifadəçisi olan ata analarını qətlə yetirib. Uşaqlar deyir ki, "gecə 12-də səsə oyananda anamızı yerdə xırıldayan gördük. Anamızın qırıq səsindən güclə anladıq dediyini. Anam dedi ki, "gedin uşaq evinə, bunların yanında qalmayın..."
Uşaqların ana qohumları onlardan imtina edib. Cinayət törətmiş şəxsin qohumlarına vermək də səhv addımdır, amma, nə isə, çox güman ki, qəyyumluq puluna görə bibi götürüb uşaqları”, - deyə Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, uşaqların bundan sonra başqa kabusu başlayıb:
“İlkin məlumata görə, bibinin oğlu fiziki zorakılıq göstərib. Hələ bildiyimiz budur. Sonra nələr çıxacaq, onu psixoloqlar deyəcək.
Dünən zorakılıq etdiyi deyilən bibioğluna məhkəmə qərarı ilə 15 sutka iş kəsilib. Bu gün, yəqin ki, qəyyumluq sərəncamı da ləğv olunacaq.
Uşaqlar isə deyir ki, "Bibim bizi qorxudurdu ki, uşaq evinə getməyin, ora çox pisdir... Xala, bibim yalan deyirmiş..."
Oxşar xəbərlər
Azərbaycanda təcavüzə uğramış oğlanların sayı açıqlandı
Son günlər azyaşlılara təcavüzlə bağlı xəbərlər yayılır. Xüsusilə qohumları tərəfində zorakılıq görən uşaqlar var.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Ai...