İki gün əvvəl çəkilən yol niyə qazılıb? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın yenicə təmir olunan Ceyhun Səlimov küçəsinin bir hissəsində yenidən qazıntı aparılıb. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, sözügedən ərazidə yolun altından keçən elektrik xəttində qəza baş verib: "Təəssüf ki, küçənin yan yolunda hərəkət hissənin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır".
"Azərenerji" ASC-dən isə Trend-ə bildirilib ki, işlər 2-3 saata yekunlaşacaq.
Qeyd edək ki, Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində təmir işləri 2 gün əvvəl başa çatdırılmışdı.
Oxşar xəbərlər
“Atabank” və “Amrahbank”da əmanətləri olanların nəzərinə! - Kompensasiyaların verilməsinə başlanılır
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması...