Kərim Vəliyev hava məkanının etibarlı qorunması ilə bağlı tapşırıqlar verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində olub.
BAKU.WS Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, HHQ-nin şəxsi heyəti ilə görüşən Baş Qərargah rəisi hava hücumundan müdafiə rəisləri, zenit-raket divizionlarının komandirləri ilə keçirilən təlim-metodiki toplanışda iştirak edib.
General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı tapşırıqlar verib.
Sonda Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb və Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.
Qalereya
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...