Kərə yağı BAHALAŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkədə satılan kərə yağlarının qiyməti bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.
Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Əgər yanvar ayında idxal kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 19,53 manat idisə, may ayında bu rəqəm 19,79 manat olub. Bu da 1,3 faiz artım deməkdir
BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Avropada heyvandarlıqda məhsuldarlığın azalması səbəbindən süd məhsulları bahalaşdığını deyib. Hazırda bütün dünyada süd məhsullarının qiymətində artım müşahidə olunur:
Oxşar xəbərlər
Zeytun yağının bilmədiyiniz FAYDALARI
Zeytun yağı zəngin aroması, dadı və sağlamlığa faydaları ilə tanınan bitki yağıdır və min illərdir ki, süfrələrdə öz yerini tutur. Zeytun yağı Aralıq dənizi pəh...