Kənd Təsərrüfatı Nazirliyi fermerlərə xəbardarlıq edib
Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 1-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
BAKU.WS xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.
Təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Fermer vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər. Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.
Oxşar xəbərlər
Bu küçədə təmir işləri həyata keçiriləcək
Aparılacaq təmir işləri ilə əlaqədar 14 sentyabr saat 6:00-dan etibarən Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkə...