Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Araz Müsafir oğlu Hüseynov vəzifəsindən azad edilib.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin digər əmri ilə polkovnik Araz Hüseynov Cənub Regional Mərkəzinin rəis müavini təyin olunub.
Qeyd edək ki, 2021-ci ilin noyabr ayından Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşov Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirlikdə yüksək vəzifəyə təyin edilib.
Həmin vaxtdan Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsi boş qalmışdı.
Oxşar xəbərlər
İcra başçısından AÇIQLAMA: ”Yazırlar ki, qardaşım “Kalaşnikov”la özünü güllələyib” - YENİLƏNİB
Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Qaraşovun odlu si...