İcra başçısından AÇIQLAMA: ”Yazırlar ki, qardaşım “Kalaşnikov”la özünü güllələyib” - YENİLƏNİB

İcra başçısından AÇIQLAMA: ”Yazırlar ki, qardaşım “Kalaşnikov”la özünü güllələyib” - YENİLƏNİB
Sosial 300

Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirəköcə kəndində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı, 48 yaşlı Azər Qaraşovun odlu silahdan atəş açaraq intihar etməsi ilə bağlı məlumat yayılmışdı.

BAKU.WS xəbər verir ki, Manset.az məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla əlaqə saxlayıb.

O, açıqlamasında intihar xəbərini təkzib edib:

“Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf ehtiyatsızlıq səbəbindən baş verib. Onun nə problemi ola bilərdi? Kürdəmirdə evdə silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb. Yazırlar ki, “Kalaşnikov”la özünü güllələyib, belə şey yoxdur. Əlində ov tüfəngi olub, məsələ araşdırılır”.

Qeyd edək ki, A.Qaraşov Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq isə Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.

***10:39

Lənkəran rayon İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı cinayət işi başlanılıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, ötən gün rayonun Pirəköcə kəndində 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, ötən gün Azər Qaraşovun yaşadığı evdə özünü güllələyərək öldürməsi barədə məlumat yayılıb.

Lənkəran rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Azər Qaraşov intihar etməyib, silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər