Keçən il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə ayrılan vəsait açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2020-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 765,6 mln. manat vəsait yönəldilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda əksini tapıb.
Məlumatda qeyd olunub ki, həmin vəsaitin 565,6 mln. manatının dövlət büdcəsindən, 200,0 mln. manatının isə Dövlət Neft Fondunun büdcəsindən ayrılmış vəsait təşkil edir.
Qeyd olunan vəsaitin 360,2 mln. manatı qaçqın və məcburi köçkünlərə verilən müavinətlərə (331,5 mln. manat), bəzi kommunal xidmətlərin dəyərinin ödənilməsinə (17,1 mln. manat), qeyri-maddi aktivlərin, maşın və avadanlıqların alınmasına (4,4 mln. manat), cari təmir, bank xidmətləri xərclərinin ödənilməsi, digər xidmətlərin və ödənişlərin maliyyələşdirilməsinə (5,2 mln. manat) yönəldilmiş, 407,4 mln. manatı isə məcburi köçkünlər üçün mənzillərin və evlərin tikintisinə istifadə olunmuşdur.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...