Karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin qaydalarını pozaraq gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb və salonda çalışan 4 işçi barədə inzibati qaydada tədbirlər görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qubada karantini pozan obyekt işçiləri cəzalandırılıb - FOTO
Qubada karantin qaydalarını pozan obyektin fəaliyyəti dayandırılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Quba Rayo...