Karantini pozaraq ad günü keçirən direktorun vəzifəsini o icra edəcək - Nazirdən ƏMR
Yeniliklərdən dərhal xəbərdar olun
Karantin qaydalarını pozaraq özünə ad günü keçirdiyi üçün vəzifəsindən azad edilən direktorun vəzifəsi başqa şəxsə həvalə olunub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Onun əmrinə əsasən, Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşı Tural Həşimov Bakı şəhəri 187 nömrəli tam orta məktəbə direktor əvəzi təyin edib.
Xatırladaq ki, N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilib, ona təhsil nazirinin əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, dekabrın 28-də isə onunla bağlanmış müqaviləyə xitam verilib.
Oxşar xəbərlər
İşdən çıxarılan direktor danışdı: "Əsəblərimi qorumaq üçün istefa verdim"
“Təhsilimizdən və dövlətimizdən çox razıyam. Sadəcə əsəblərimi qorumaq üçün istefa verməli oldum”. Bunu “Report”a açıqlamasında Bakı şəhəri 187 saylı məktəbin d...