Karantin rejiminin yumşaldılması evlərin qiymətini artıra bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Karantin rejiminin yumşalması, eyni zamanda mövsümi faktorlar, təbii ki, daşınmaz əmlak bazarına müsbət təsir göstərəcək.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
R.Osmanlı bildirib ki, amma daşınmaz əmlak bazarında dinamikanın dəyişməsi üçün müəyyən müddət lazımdır: "Bu, qısamüddətli bir proses deyil.
Bu baxımdan hesab edirəm ki, daşınmaz əmlak bazarında dəyişikliklər olacaq, amma bunun üçün bir müddət gözləmək lazımdır.
Bütün hallarda hesab edirəm ki, təqribən fevral ayının ortalarından etibarən daşınmaz əmlak bazarındakı proseslər əsasən müsbət dinamika ilə müşahidə olunacaq.
Yəni alqı-satqı əməliyyatları artacaq, bazara müraciətlər, fəallıq artacaq. Təbii ki, qiymət də arta bilər, xüsusən yeni tikililər, amma hesab etmirəm ki, belə əhəmiyyətli dərəcədə arta bilər. Yəni burada nisbi qiymət dəyişməsindən söhbət gedir.
Eyni zamanda ipoteka kreditlərinin verilməsində canlanma müşahidə olunmaqdadır. Bu amillər hamısı, təbii ki, bazara müsbət təsir göstərəcək".
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...