Karantin rejiminin pozulduğu toy məclisləri aşkarlandı

Karantin rejiminin pozulduğu toy məclisləri aşkarlandı
Sosial 73

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, yoxlamalar zamanı rayonun Otmanoba və Məlikli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibləri A.İsmayılov və E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər