Karantin qaydalarını heçə sayan toy sahibləri CƏRİMƏLƏNDİ

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarının pozulduğu toylar aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Alpoud, Müsüslü, Məlikballı, Təzə Şilyan, Yuxarı Şilyan və Qaracallı kəndlərində yerləşən səkkiz fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.
Qayda pozuntularına yol vermiş ev sahibləri ilə mövcud qaydalar haqqında izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Oxşar xəbərlər
COVID-19 pasportu olmayan qonaqlar toydan kənarlaşdırıldı - FOTO
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən üç şadlıq sarayında təşkil olunan toy məclisində karantin re...
