Karantin rejimi zamanı avtobus və taksilərin hərəkətinə icazə verilir? - RƏSMİ MƏLUMAT
Yeniliklərdən dərhal xəbərdar olun
Sərtləşdirilmiş karantin rejimində ictimai nəqliyyat və taksi xidmətlərinin hərəkətinə icazə verilir.
BAKU.WS-in məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.
Qərara əsasən, nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
Oxşar xəbərlər
Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumlar - SİYAHI
Sərtləşdirilmiş xüsusi karantin rejimində xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilən qurumların adları açıqlanıb. BAKU.WS xəbər verir ki, bu bar...