Karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayında 4-cü bölüyünün əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq Şabran rayonu ərazisində yerləşən “Taxtakörpü” su anbarından balıq ovlayan beş nəfər saxlanılıb.
Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar Cəfərov və Səbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya Şükürov və Şirin Hüseynov olduqları müəyyən edilib.
Məlum olub ki, həmin şəxslər E.Cəfərovun idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə su anbarı ərazisinə gizli yollarla daxil olaraq, oradan balıq ovlamaq istəyiblər. Həmin şəxslərə məxsus tilovlar, eləcə də dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...