Kapital Bank Şəhidin 12 min manat kredit borcunu SİLDİ

Kapital Bank Şəhidin 12 min manat kredit borcunu SİLDİ
Sosial 3551

“Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun həqiqətən Kapital Bank-a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq Kapital Bank tərəfindən silinib”.

BAKU.WS xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

P.Sədrəddinov qeyd edib ki, həmçinin, bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və BirKart-larına borclarının olduğu üzə çıxıb:

“Saytınız vasitəsilə bildirmək istərdik ki, həmin borclar da Kapital Bank tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, yayılan məlumatlarda Anar Novruzovun Kapital Banka 12 min manat kredit borcu olduğu bildirilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...

4511 Sosial 22:44 05 mart 2020

Son xəbərlər