Kanadada yaşayan həmvətənlimiz "İlin ən yaxşı müəllimi" oldu – FOTO

Kanadada yaşayan həmvətənlimiz İlin ən yaxşı müəllimi oldu – FOTO
Sosial 1141
Azərbaycan deyəndə ayağa dur ki,Ana yurdun ürəyinə toxuna bilər. ( M.Araz)Sizə söz açacağımız həmyerlimizi, Müasir İnnovasiyalar Liseyinin direktoru, 1998-ci ildən təhsil sektorunda bir çox nailiyyətləri olmuş Sevinc Vaqif qızı Əliyevanın təqdim etməsini istərdik.
Kanadada yaşayan həmvətənlimiz
Yeganə xanım Cəfərovanı necə təqdim edərdiniz?Yeganə xanım ilk növbədə gözəl, səmimi insan, gözəl ana, ziyalı qadın, vətənpərvər və ölkəsinin dəyərlərini son nəfəsinədək qoruyacaq, onun adını yüksəklərə qaldıracaq biridir.Düşünürəm ki, Azərbaycan adını daim tanıdan, Azərbaycan vətəndaşı olmaqla fəxr edən, cinsindən, irqindən asılı olmayaraq doğma Azərbaycan dilimizi xaricdə tədris edən, insanlara sevdirən, ziyalılarımızı tanımalı, tanıtmalı və qorumalı, onlara bacardığımız qədər mənəvi dəstək olmalıyıq. Bu da bizim vətəndaşlıq borcumuzdur.Mən çox sevinirəm ki, Yeganə xanım, ölkəmizə çox qısa müddətlık gəlsə də təklifimizi qəbul etdi və Müasir İnnovasiyalar Lisey kollektivinin qonağı oldu.O, müəllim və şagirdlərə xaricdə qarşılaşdığı çətinliklərdən, uğurlarından bəhs etdi.Və müəllimlərə kənarda mübarizə aparmağın çətinliyindən bəhs etdi. Əldə etdiklərinə şükr etməyi misallarla müəllimlərə nümunə göstərdi.
Kanadada yaşayan həmvətənlimiz
Biz çox istərdik ki, Yeganə xanımın iştirakı ilə böyük bir konfrans təşkil edək və bölgələrdəki vətəndaşlarımız da onunla görüşüb suallarını verə bilsinlər.Hərçənd ki, 4 il əvvələdək Təhsil Nazirliyinin kurikulum təlimlərində online formada telekörpulərin təşkilində Yeganə xanım bizə kömək olmuşdur.Kanada ilə Ağdaş, Sabirabad, Bakı şəhərləri arasında fikir mübadiləsinin aparılmasında iştirak etmışdir.Qeyd etmək istərdim ki, uzun illər öncə Yeganə xanımı kəşf edib bizə təqdim edən Almaz Hesrət olmuşdur.Və ona dərin minnətdarlığımı bildirmək istəyirəm ki, bu cür gözəl insanı tanımağımıza vəsilə olub.Qısa olaraq Yeganə xanım haqda:Yeganə Cəfərova Kanadanın Toronto şəhərinin Ontorio vilayətində yaşayan və orada dilimizi təbliğ və tədris edən həmvətənlimizdir.Əslən Qarabağlıdır. Sonralar ailəsi İmişli rayonunun Cəfərli kəndinə köçüb. Ona görə də tədrisi zamanı Qarabağın düşmən əlində olmasını qarşısındakı şagirdlərinə daim söyləyir, soyqırımdan bəhs edir.1983 - cü ildə orta təhsilini başa vurub, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.1988-ci ildə həmin universitetin riyaziyyat- informatika müəllimi ixtisasını bitirib. 1990-2000-ci illərdə 165 saylı uşaq bağçasında tərbiyəçi, üç il Beynəlxalq İxtira və Biznes İnistitunda psixoloq kimi çalışmışdır.2003- cü ildən ailəsi ilə birlikdə Kanadaya köçüb.
Kanadada yaşayan həmvətənlimiz
Yeganə xanım 2017-ci-ci ildə 500-ə yaxın kolleci özünfə birləşdirən "Ontario Kolkeclər Asossasiyası"nın və eləcə də 2018-ci ildə "Pharma-Medikal Science" kollecinin "İlin ən yaxşı müəllimi" seçilib.Bir azərbaycanlı müəllimin xaricdə bu ada layiq görülməsi böyük şərəfdir.10 il öz fərdi bağçasınında çalışdıqdan sonra kollecdə müəllim kimi fəaliyyət göstərmək üçün müraciət edir.2014- cü ildən Kanadanın " Pharma- Medical Science;2018- ci ildən isə " Canadore" kolleclərində məktəbəqədər təhsil işçilərinə ümumfənlər üzrə tədrisin metodikasından mühazirlər oxuyur.Çətintərbiyəedilən və autizimli uşaqlarla montessori üsulunu tətbiq edərək nailiyyətlərə sahib olur.Azərbaycanda aldığı təhsil, öz zəhmətkeşliyi, çalışqanlığı, özünüinkişah sayəsində Yeganə xanım, Torontoda 27 fənn tədris edir və Azərbaycan dilində tv kanal təsis edir. Azərbaycan adət- ənənələrini nümayiş etdirir.Məktəbəqədər kurikulumla bağlı bir çox yazı və məqalərin müəllifidir.Sonda demək istərdim ki, Yaşasın Azərbaycan adını, özündə yaşadan bilən Azərbaycan dövləti!Yaşasın Azərbaycan adını yad eldə yaşada bilən hər bir Azərbaycan Vətəndaşı!Biz Vətənimizlə, azərbaycanlı olmağımızla və Sizinlə fəxr edirik!
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər