İşdən məzuniyyətə çıxanları SEVİNDİRƏCƏK XƏBƏR

İşdən məzuniyyətə çıxanları SEVİNDİRƏCƏK XƏBƏR
Sosial 419

Bu ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsində mühüm dəyişiklik edilib.

BAKU.WS-in məlumatına görə, yenilik əmək məzuniyyəti zamanı orta əmək haqqının hesablanması qaydasına aiddir və işçilərin maraqlarının qorunmasına yönəlib.

Qanunvericiliyə əsasən, işçiyə məzuniyyət dövrü üçün orta əmək haqqı ödənilir. Hesablama qaydası belədir:

Son 12 ay üzrə əmək haqları toplanır;

Alınan məbləğ həmin dövrdəki iş günlərinin sayına bölünür;

Bir günlük orta əmək haqqı müəyyən edilir;

Bu məbləğ məzuniyyət günlərinin sayına vurulur.

Yeni dəyişikliyə görə, əgər hesablanmış məzuniyyət pulu işçinin son aldığı əmək haqqından az olarsa, bu zaman ona son əmək haqqına uyğun daha yüksək məbləğ ödənilməlidir. Əvvəlki qaydada məzuniyyət pulu daha aşağı çıxırdısa, həmin məbləğ olduğu kimi ödənilirdi. Artıq bu hal aradan qaldırılıb. Yəni işçi məzuniyyətə görə əvvəlkindən az gəlir əldə etməyəcək.

Burada diqqət yetirilməli məqam odur ki, müqayisə aylıq deyil, gündəlik əmək haqqı əsasında aparılır. Həm orta əmək haqqı, həm də son maaş gündəlik məbləğlə hesablanır və hansının yüksək olduğu müəyyən edilir.

Ödəniş nə vaxt verilməlidir?

Əmək Məcəlləsinin tələbinə əsasən, məzuniyyət pulu işçiyə məzuniyyətin başlanmasına ən gec 3 gün qalmış ödənilməlidir. Artıq işçi özü də hesablamanı apara bilər. Əgər bir günlük əmək haqqı 100 manatdırsa və məzuniyyət dövrü üçün 80 manat hesablanıbsa, işçi fərqi tələb etmək hüququna malikdir.

Əgər işçi hesablamanın düzgün aparılmadığını düşünürsə, ilk olaraq işəgötürənə və ya müəssisənin maliyyə-mühasibatlıq xidmətinə müraciət edə bilər. Problem aradan qaldırılmazsa, əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən quruma – Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət etmək hüququ var.

Araşdırma zamanı məzuniyyət və ya kompensasiya məbləğinin az ödənildiyi təsdiqlənərsə, işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati tədbir görülə bilər.

Son xəbərlər