İsa Həbibbəyli: Azərbaycan dilinin saflığının qorunması nitq mədəniyyəti ilə bağlıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan dilinin saflığının qorunması daha çox nitq mədəniyyəti ilə bağlıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib.
Onun sözlərinə görə, dil xalqın milli kimliyinin pasportudur:
"Bu mənada, inkişaf etmiş cəmiyyətlərdə ana dilinə qayğı və diqqət dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin bu konteksdə təməlini qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir".
Akademik Azərbaycanı dilinin inkişafı istiqamətində hələ XX əsrin əvvəllərində atılan addımları bir sıra ölkələr hələ indi təkrarladıqlarını vurğulayıb.
İ.Həbibbəyli Azərbaycan dilinin saflığının qorunmasını daha çox nitq mədəniyyəti ilə əlaqələndirib:
"Bu mənada, hər kəs ana dilinin zəngin imkanlarından istifadə etməklə bu saflığı qorumalıdır. İstər məişətdə, istər audioriyalarda, istərsə də ekranda Azərbayclan dilinə məsuliyyətlə yanaşmaq hamının borcudur".
O, hazırda AMEA səviyyəsində Azərbaycan dilinin qrammatikasına aid silsilə nəşrlərin həyata keçirildiyinə də diqqət çəkib.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...