İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi "Milli Məkan Məlumatları" informasiya sisteminin sahibi və operatoru İqtisadiyyat Nazirliyidir.
BAKU.WS bu barədə Əsasnaməyə istinadən xəbər verir.
Sənədə əsasən, sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğularını və kanallarını nazirliyin struktur bölmələri, sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğularını və kanallarını isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təşkil edəcək.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...