İlk Qədr gecəsindən FOTOLAR
Martın 8-dən 9-na keçən gecə ehtimal edilən ilk Qədr gecəsində inanc sahibi insanlar Təzəpir məscidində ibadətlərini yerinə yetirmək üçün bir araya gəliblər.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, müqəddəs gecədə möminlər namaz qılır, Qurani-Kərim oxuyur, dualar edir və Allahdan bağışlanma diləyirlər.
İslam dünyasında ən fəzilətli və mübarək gecələrindən hesab olunan Qədr gecəsi Allahın kitabı Qurani-Kərimin nazil olmağa başladığı vaxt kimi qəbul edilir.
İslam inancına görə, ilk vəhy məhz bu gecə İslam peyğəmbəri Məhəmməd peyğəmbərə (s.) çatdırılıb.
Qurani-Kərim isə sonrakı illər ərzində - ümumilikdə 23 il müddətində hissə-hissə nazil olunaraq tamamlanıb.
Təzəpir məscidində baş tutan ehtimal edilən ilk Qədr gecəsindən fotoreportajı təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Muxtar Qasımovun şəhid olmasının ildönümüdür. BAKU.WS xəbər verir ki, Muxtar Cahid oğlu Qasımov 10 yanvar 1958-ci ildə Beylə...