İlk dəfə Azərbaycan vasitəsilə Ermənistana Qazaxıstan buğdası çatdırıldı
08
noy
2025
09:47
1000 ton çəkisi olan Qazaxıstan buğdasının ilk partiyası Azərbaycan üzərindən dəmir yolu ilə Ermənistana (Ayrum stansiyasına) çatdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
O qeyd edib ki, taxıl daşınması üçün Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutundan istifadə edilib.
David Xudatyanın sözlərinə görə, bu, Ermənistan və Azərbaycan arasında sülh gündəliyi kontekstində əldə olunan razılaşmalar sayəsində mümkün olub.
Oxşar xəbərlər
Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"
"Dünən saat 10-dan 17-dək məni Gürcüstanın hava limanında saxladılar. Mənimlə düşməncəsinə davrandılar, su və çay içməyə belə icazə vermədilər. Bu müddət ərzind...