İlham Əliyevdən sənaye parkları ilə bağlı FƏRMAN

İlham Əliyevdən sənaye parkları ilə bağlı FƏRMAN
Sosial 133

Prezident İlham Əliyev Sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında Fərman imzalayıb.

BAKU.WS bununla bağlı President.az-a istinadən məlumat yayıb.

Fərmanla Nazirlər Kabineti sənaye parklarının elektrik enerjisinə ümumi tələbatına (o cümlədən bərpa olunan enerji mənbələrindən zəmanətli tariflə elektrik enerjisinin istehsalı həyata keçirilən layihələr üzrə) uyğun həcmdə elektrik enerjisinin sənaye parklarının idarəedici təşkilatına ayrılmasının enerji balansında nəzərdə tutulmasını təmin etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Dövlət tərəfindən yaradılan sənaye parklarının idarəedici təşkilatı həmin parkların rezidentləri və qeyri-rezidentləri ilə bağlanılacaq müqavilələrə uyğun olaraq və "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, onların bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatını təmin etməlidir.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq sənaye parklarının idarəedici təşkilatı tərəfindən ötürücü və (və ya) paylayıcı şəbəkədən istifadə etməklə elektrik enerjisi təchizatının həyata keçirilməsi üçün zəruri müqavilələrin bağlanılmasını təmin etməlidir.

Son xəbərlər