İki dövlət qəzetinin redaksiyalarının birləşmə prosesi əməkdaşlarına necə təsir edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyaları birləşdirilib.
BAKU.WS xəbər verir ki, sənədə əsasən, "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyalarının birləşməsi yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Xalq" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.
Bəs birləşmə prosesi bu qəzetlərin əməkdaşlarına necə təsir edəcək? İxtisarlar olacaqmı?
Oxu.Az-ın sualını cavablandıran "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev bildirib ki, bütün məsələlər Prezidentin Fərmanına uyğun şəkildə həll olunacaq:
"Heç bir əməkdaşın taleyi diqqətdən kənarda qalmayacaq. Fərmanda necə qeyd olunubsa, bütün addımlar da o istiqamətdə atılacaq".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...