Hotellər və istirahət mərkəzləri karantindən sonra - BU ŞƏRTLƏRLƏ İŞLƏYƏCƏK
Azərbaycanda karantin rejiminin yumşaldılması ilə hotel və turizm sektorunda canlanma müşahidə olunacaq.
BAKU.WS xəbər verir ki, qadağaların ləğvindən sonra müxtəlif hotel və istirahət mərkəzlərinə üz tutan şəxslərin sayı artacaq.
Belə olan təqdirdə hotel və istirahət mərkəzləri TƏBİB tərəfindən hazırlanan metodik göstərişlərlə fəaliyyət göstərəcək.
Operativ Qərargahın qadağanı götürməsindən sonra istirahət mərkəzləri koronavirus infeksiyasının yayılmaması üçün bu şərtlər əsasında fəaliyət göstərəcəklər.
Qonaq Qəbulu masasında lazımi avadanlıq və tibbi ləvazimatlar1. Profilaktik tədbir olaraq tibbi maskalardan gündəlik həyatda istifadə etmək vacibdir.2. Bundan başqa həmin şəxslərin istifadə edə biləcəyi vasitələrə aşağıda qeyd olunanlar aidedilir:
- Bakterisid dezinfeksiyaedici / səthlər üçün təmizləyici salfetlər;
- Tibbi maska, tibbi eynək və ya sipərlik;
- Əlcəklər (birdəfəlik);
- Qoruyucu önlük (birdəfəlik);
- Uzun xalat;
- Biotəhlükəli tullantılar üçün birdəfəlik torba.
Sosial məsafə saxlanması tədbirləri, əllərin təmizlənməsi və tənəffüs gigiyenasıSosial məsafə saxlanması, əl və tənəffüs gigiyenası COVID-19 yoluxmasının qarşısını alan əsas tədbirlərdir. Qonaqlar bu tədbirlər barədə məlumatlandırılmalıdırlar.• Sosial məsafə istər qonaqlar arasında, istər personal arasında, istərsə də qonaq və personal arasında qorunmalıdır. Sosial məsafənin qorunması ən az 2 m məsafəni əhatə edir.
Xəstəliyinə şübhə olan qonaqların idarə olunması (aparılması)
Xəstəliyinə şübhə olan şəxsin hüquqları qorunmaq şərti ilə müəssisədə xüsusi nəzarətə götürülməlidir. Həmin şəxs tibbi maska ilə təmin olunaraq ona tibbi yardım çağırılmalıdır.
Qeydiyyat işçiləri bütün bu məlumatları təmkinlə qəbul etməlidir, vəziyyəti qiymətləndirmək və müvafiq qərarları qəbul etməyi rəhbərliyin və tibbi xidmət əməkdaşlarının üzərinə qoymalıdırlar.
Suyun dezinfeksiyasıİstifadədə üçün verilən, həmçinin hovuzlarda və ya spa-mərkəzlərdə olan suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması arzu olunandır.
Dispenserlər
Sabun və dezinfeksiyaedici məhlulların dispenserlərini (dozatorlarını), əl quruducularının, birdəfəlik kağız salfetləri dispenserlərinin və digər aidiyyətli cihazların düzgün işləməsini təmin etmək üçün həmin avadanlıqların mütəmadi yoxlamaları icra olunmalıdır. Cihazların qüsurlu hissələri sürətlə təmir olunmalı və ya dəyişdirilməlidir.
Otelin müxtəlif ərazilərində, o cümlədən qonaqlar və işçilər tərəfindən istifadə olunan ictimai ərazilər dezinfeksiyaedici geldən istifadə etmək üçün qurğularla təmin olunmalıdır.
Oturacaqların yerləşdirilməsi10 kvadrat metr ərazidə ən çox 4 nəfərin olması tövsiyə olunur. Ərazidə oturacaqların ara məsafəsi 1m-dən az olmamalıdır. Masaların arasındakı məsafə 2m-dən az olmamalıdır.
Ümumi tövsiyələr
- Qonaq və ya heyətdə kəskin respirator infeksiyanın simptomları inkişaf edirsə, xəstənin müəssisənin bütün qonaqları və işçiləri ilə təmasını minimuma endirmək üçün səy göstərilməlidir.
- Xəstə insan digər şəxslərdən ən azı 2 metr məsafəyə ayırılır;
- Eyni mühiti başqa bir insan(lar) ilə bölüşmək məcburiyyətində qaldıqda, tibbi maska taxmalıdır;
- Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün, monitorinqi oteldə aparılan şəxs(lər), mümkünsə, digərlərindən ayrı otaqda qalmalı, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı 2 metr məsafəni saxlamalı və tibbi maska taxmalıdır. Maska nəm olduqda yenisi ilə əvəz olunmalıdır. Xüsusilə, yaşı > 65 və / və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan şəxslərlə, mümkünsə eyni otaqda olmamalı və ya təmas riski minimuma endirilməlidir;
- Əgər varsa, xəstə ayrı bir tualet və hamam otağından istifadə etməlidir;
- Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqların havalandırılması yaxşı aparılmalıdır. Hamam otağı və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırma) (Natrium hipo-xlorid);
- Xəstə şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi əşyalarından ortaq istifadə etməməlidir. İstifadə etməli olduqda isə bu əşyalar sabun və su ilə yuyulmalıdır;
- Otağı təmizləyən personal fərdi qoruyucu vasitələrdən istifadə etməlidir;
- Tullantıların idarə edilməsi qaydalarına ciddi riayət olunmalıdır.
Qeyd edək ki, İtaliyada pandemiya dövründə çimərlik mövsümünün başlaması ilə əlaqədar müxtəlif fikirlər səsləndirilməyə başlayıb. Turistlər və yerli əhalinin çimərlik və istirahət mərkəzlərindən istifadəsi üçün şüşədən kabinələrin hazırlanması irəli sürülüb.
Oxşar xəbərlər
Metroda sərnişinlərin hərarəti ölçüləcək - VİDEO
Metropoliten stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsilə yoxlanılacaq. BAKU.WS xəbər verir ki...