Şəhid ailələrinə birdəfəlik ödəmə ilə bağlı MÜRACİƏT
30
yan
2019
15:03
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ölkənin ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-nə qədər həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə müraciət edib.BAKU.WS xəbər verir ki, müraciətdə birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11 000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verildiyi bildirilir.“Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müarciət edə və sığorta ödənişini ala bilərsiniz”, - müraciətdə qeyd olunub. BAKU.WS
Oxşar xəbərlər
142 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən Komissiyanın iclasında şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə bi...