Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar təşkil edilən "Ən yaxşı təqdimat" müsabiqəsi başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar onun zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə təşkil edilən "Ən yaxşı təqdimat" müsabiqəsi uğurla başa çatıb.
BAKU.WS xəbər verir ki, builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib.
Müsabiqədə iştirak edən şagirdlərin çıxışları müsabiqə komissiyası tərəfindən baxılaraq qiymətləndirilib, hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 87 şagird müsabiqənin yekun - ölkə mərhələsində iştirak etmək hüququ qazanıb. Ölkə mərhələsində şagirdlər verilmiş 5 mövzudan 1-i üzrə təqdimat edib, onların çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilib, 33 nəfər müsabiqənin qalibi olub. Onlardan 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb. Təhlillər onu göstərir ki, şagirdlər yüksək bilik, əhatəli məlumata malik olduqlarını, Heydər Əliyev irsini, eləcə də müasir Azərbaycan tarixini, dövrümüzün siyasi, iqtisadi və mədəni reallıqlarını dərindən öyrəndiklərini nümayiş etdiriblər.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...