Heydər Əliyev Fondunun Ağdamda şəhid ailəsi üçün tikdiyi ev istifadəyə verilib

13
iyl
2019
15:00
Heydər Əliyev Fondu tərəfindən Ağdam rayonunun Evoğlu kəndində şəhid anası Qənirə Əmrahovanın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilən fərdi yaşayış evi istifadəyə verilib.BAKU.WS-in xəbərinə görə, üç övladı və nəvəsi şəhid olan Qənirə Əmrahova üçün inşa edilən üçotaqlı evin ümumi sahəsi 80 kvadratmetrdir.Evin otaqları zəruri avadanlıqla təchiz edilib.Q. Əmrahova göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Oxşar xəbərlər
Ayaz Mütəllibov Mehriban Əliyevaya təşəkkür etdi
Azərbaycan ilk Prezidenti Ayaz Mütəllibov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.BAKU.WS xəbər verir ki, həyat yoldaşını itirən eks-...
