Heydər Əliyev Fondu "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsini həyata keçirir
Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Ruandaya səfər edən Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxt Kiqali şəhərinin yaxınlığında yerləşən məktəbdə olub.
BAKU.WS xəbər verir ki, Leyla Əliyeva bu təhsil ocağının rəhbərliyi və şagirdləri ilə görüşüb, məktəbdəki şəraitlə yaxından tanış olub.
Heydər Əliyev Fondunun Ruandada həyata keçirdiyi layihə çərçivəsində 1 000-dək şagirdin təhsil aldığı məktəb tədris şəraitinin yaxşılaşdırılması və uşaqların yüksək texnologiyalarla bağlı biliklərə yiyələnməsi məqsədilə kompüterlərlə təchiz olunub. Bununla yanaşı, fond tədris ocağının internetə çıxışını da təmin edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Afrika qitəsi ölkələrində səhiyyə, sosial, təhsil sahələrində bir sıra layihələr həyata keçirib. Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq humanitar fəaliyyət çərçivəsində Afrika İrsi Məktəbinin inkişafı üçün maliyyə yardımı, Cibuti Respublikasına səhiyyə sisteminin inkişafı məqsədi ilə tibbi avadanlıqların verilməsi layihələrini qeyd etmək olar. Gələcəkdə Afrikanın digər ölkələrində də Heydər Əliyev Fondu tərəfindən təhsil və mədəniyyət sahəsində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Bakıda avtobuslar niyə işləmir? - Sərnişinlər yollarda qaldı
Hazırda Bakının bəzi istiqamətində vətəndaşlar ictimai nəqliyyatdan normal istifadə edə bilmirlər. Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə çoxsaylı şi...