Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Parlament həqiqi hərbi xidmətdə olmağın son yaşı həddi müəyyən edilməyən şəxslərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, parlamentin bugünkü iclasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.
Layihədə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təklif olunur.
Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.
Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.
Oxşar xəbərlər
Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...
Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12–15 saat davam edəcəyi gözlənili...