Həmid Herisçi ömrünün 32 ilini həbsdə keçirən məşhur "qanuni oğru"dan danışdı - VİDEO
"Baba Pünhandan bəri olan meyxanaçıların hamısı neoklassisizmin nümayəndələridir".
Bunu Baku TV-nin "Qapqara" verilişində yazıçı, publisist Həmid Herisçi deyib.
"Xalq onları sevir, gözləyir ki, toy nə vaxt bitəcək və meyxana hissəsi başlayacaq. Bu reallıqdır. Özü də acı yox, şirin reallıqdır", - deyə o söyləyib.
Verilişin aparıcısı Kamran Ağabalayev süni zəka əsasında yazılan şeiri səsləndirərək Həmid Herisçiyə "texnologiya poeziyanı əvəz edə bilərmi?" sualını verib. Publisist isə sualı belə cavablandırıb:
"Bir çox şairlərimizin şeirlərinə baxsaq, görərik ki, onların yazdıqları oxşardır. Bəlkə də, onlar çoxdan süni intellektdən istifadə edirlər". Yazıçı ömrünün 32 ilini həbsdə keçirən məşhur "qanuni oğru" Zerkalo Klara ilə müsahibəsi haqqında da danışıb.
"O, öz şəxsiyyət vəsiqəsinə "oğru" sözünü yazdırmağı bacarmışdı. Zerkalo Klara həmin şəxsiyyət vəsiqəsini mənə verib", - deyə H.Herisçi əlavə edib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...