Həkimlərə ŞAD XƏBƏR: Maaşları artacaq
11
iyl
2019
12:02
“Gələn ildən Azərbaycanda həkimlərin əmək haqqı artacaq və bu, iki hissədən ibarət olacaq”.BAKU.WS report-a xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.“Biz bunu pilot layihədə tətbiq etmişdik. Amma yeni əmək haqqı pilot layihədəkindən fərqli olacaq. Çünki, pilot layihə zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdiriləcəyik. İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əmək haqqına əlavələr olacaq", - Z.Əliyev bildirib.
Oxşar xəbərlər
Nazir pensiyaların nə qədər artacağını açıqladı
“Növbəti ildən pensiyaya çıxacaq şəxslərə 25 il stajın verilməsi onların böyük bir əksəriyyətində pensiya təminatının yaranmasına imkan yaradacaq. Gələn il 122...