"Həkimlərə istirahət verilib, payıza hazırlıq işləri görülür" - TƏBİB

Həkimlərə istirahət verilib, payıza hazırlıq işləri görülür - TƏBİB
Sosial 315

"Yoluxma azaldığı və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb".

BAKU.WS xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, pandemiya şəraitində bütün tibb işçiləri ixtisaslarından asılı olmayaraq bu işə cəlb edilirlər və onlara təlimlər keçirilir.

Y.Qarayevanın sözlərinə görə, hazırda bağlanan xəstəxanalardakı həkimlərə istirahət verilib və payıza hazırlıq işləri görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər