Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq

Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
Sosial 2326

Azərbaycanda cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam məhdudiyyət tətbiq oluna bilər.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə ictimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə tam qapalı rejim yaradılacaq.

O qeyd edib ki, sabah bununla bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədov ətraflı açıqlama verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər