Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Sosial 867

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti aprel ayının sonunadək uzadılıb.

BAKU.WS xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, hazırda kvota 90%-dən çox olub dolub.

"Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib", - deyə QMİ rəsmisi qeyd edib.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4. Sağlamlıq haqqında arayış.

Oxşar xəbərlər

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-h...

5 Sosial 09:07 17 sentyabr 2025

Son xəbərlər