Hava ilə bağlı XƏBƏRDARLIQ - İyulun 26-da...

Hava ilə bağlı XƏBƏRDARLIQ - İyulun 26-da...
Sosial 169

“Şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti küləkli, qeyri-sabit və yağıntılı keçib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv olub. Düşən yağıntının miqdarı 13-36 mm-dək qeydə alınıb”.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O, qeyd edib ki, bəzi bölgələrdə şimal-qərb küləyi 18-22 metr/saniyə, Bakı və Abşeron yarımadasında 28-30 metr/saniyəyədək yüksəlib.

“Müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək. İyulun 27-29-da hava şəraitinin sabit, gün ərzində əksər rayonlarda yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında mülayim cənub küləyi əsəcək. Bu həftəsonu yenidən şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır”, - G.Məmmədova bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstilər gəlir - Havanın temperaturu 40 dərəcəyə çatacaq

İstilər gəlir - Havanın temperaturu 40 dərəcəyə çatacaq

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...

5980 Sosial 11:41 31 may 2023

Son xəbərlər