Hava XƏBƏRDARLIĞI - VƏTƏNDAŞLARA DİQQƏTLİ OLMAQ TÖVSİYYƏ EDİLDİ

21
sen
2019
09:04
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.BAKU.WS-in Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq."Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar. Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsıyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları güclü küləkli havada nəzarətsiz həyətə buraxmasınlar", - deyə xəbərdarlıqda bildirilir.
Oxşar xəbərlər
Ən güclü külək Bakıda və Sumqayıtda əsib - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlu...
