Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti AÇIQLANIB

Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti AÇIQLANIB
Sosial 142

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, yağıntı davam edir.

Bakı-Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi-Xızı avtomobil yolunun, həmçinin İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb.

Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Muğanlı-İsmayıllı avtomobil yolunda da yağıntı intensiv şəkildə davam edir, 3 dərəcə şaxta var. Ərazidə yolun buz bağlamış hissələrinə qum-duz səpilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər