Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb.
Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 7-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında aprelin 6-sı axşam, 7-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Aprelin 5-i günün ikinci yarısından 7-si gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Oxşar xəbərlər
Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - YENİLƏNİB
Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Bu barədə Ekologiya və T...