"Hamısının burnu və dodaqları eynidir" - Bakı sakini plastik əməliyyat etdirənlərdən gileyləndi

Hamısının burnu və dodaqları eynidir - Bakı sakini plastik əməliyyat etdirənlərdən gileyləndi
Video
Sosial 14237

Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

BAKU.WS xəbər verir ki, proqramın budəfəki qəhrəmanı Bakı sakini Hacıağa Rəhimov olub.

Qonşuluq münasibətlərindən söz açan Hacıağa Rəhimovun sözlərinə görə, əvvəllər insanlar arasında birlik var idi:

"Qonşularımız çox mehriban idilər. Səhər-səhər hər kəs bir-birini salamlayar, hal-əhvalını soruşardı. Ayrı-seçkilik yox idi, birlik var idi. Hətta qapılarımızı bağlamırdıq, həmişə yaddan çıxar, açıq qalardı. İndikilər nəvən yerindədir, sifətinə baxırlar, "salam" belə vermirlər. O qonşularım yadıma düşəndə düşünürəm ki, bu vaxta kimi ən çox itirdiklərim elə onlardır".

Bakı sakini xanımı ilə necə tanış olmasından bəhs edərkən bildirib ki, o vaxtlar oğlan qıza yaxınlaşmağa çəkinərdi, indi isə zəmanə çox dəyişib: "Həyat yoldaşım qəşəng qız idi. Gedib-gələndə bir-birimizə baxırdıq. Əsgərlikdən sonra görüşdük, razılaşdıq, o vaxta kimi yaxın durmaq söhbəti yox idi. Bir dəfə 13-14 yaşım var idi, tramvayda gedirdim. Bir rus oğlan qızın əlindən tutmuşdu. Kimsə dedi ki, qızın əlini burax, böyük-kiçik var. Oğlan o dəqiqə qızını əlini buraxdı. İndi mən metroya minəndə utanıram, yapışırlar bir-birlərinə, elə bil bu dəqiqə kino çəkəcəklər".

Hacıağa Rəhimov plastik əməliyyat etdirənlərin sayının artmasından da gileylənib: "Hamısının burnu eynidir, kifir olurlar. Bir rəhmətlik İlhamə Quliyevada yaxşı alınmışdı, ona yaraşırdı".

Oxşar xəbərlər

İlk və ən gənc azərbaycanlı Sovet İttifaqı Qəhrəmanının qohumu DANIŞDI

İlk və ən gənc azərbaycanlı Sovet İttifaqı Qəhrəmanının qohumu DANIŞDI

İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədə Azərbaycanın həm maddi, həm də mənəvi töhfəsi danılmazdır. Bu bəşəri bəla ilə mübarizəyə Azərbayca...

100 Sosial 23:33 09 may 2025

Son xəbərlər