"Hamı deyir ki, bu nə qoxudur sizdən gəlir?" - Sakinlər acınacaqlı vəziyyətdə yaşayırlar
Neftçala rayonunun 2-ci Mayak kənd sakinləri mavi yanacağın olmamasından əziyyət çəkirlər.
Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək illərdir acınacaqlı vəziyyətdə yaşadıqlarını bildiriblər.
"Camaat təzək yığır. Onunla ev qızdırarlar?! Üstümüzdən hiss iyi gəlir. Bir yerə çıxan kimi hamı "bu nə qoxudur sizdən gəlir?" deyirlər. Soba sönən kimi evimiz buz kimi olur", - deyə sakinlərdən biri narazılığını ifadə edib.
Digər bir vətəndaş isə belə deyib: "Kənddə heç kim qalmayıb. Cavanlar buradan çıxıb gedirlər. Qonşuların hamısı xəstə adamlardır. Qazımız yoxdur, hansı dövrdə yaşayırıq?!".
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, ölkə üzrə qazlaşdırılmamış kəndlərin qazlaşdırılması Birliyin əsas prioritetlərindəndir: "Qazlaşma proqramı daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Sözügedən yaşayış məntəqəsinə küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər".
Oxşar xəbərlər
Sabah qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar...