Hacıqabulda şadlıq saraylarında yoxlama zamanı pozuntular aşkarlandı - FOTO

Hacıqabulda şadlıq saraylarında yoxlama zamanı pozuntular aşkarlandı - FOTO
Foto
Sosial 84

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıblar.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, keçirilən tədbirlər zamanı rayonun Nəvahı kəndi ərazisində yerləşən "Şahsaray" şadlıq sarayında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Məlum olub ki, obyektin icarədarı T.Əliyev təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək, məclisdə icazə verilən saydan artıq qonağın iştirak etməsini təşkil edib.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər