Gürcüstanda vəziyyət pisləşdi, dərslər təxirə düşdü

Gürcüstanda vəziyyət pisləşdi, dərslər təxirə düşdü
Sosial 252

Gürcüstanda epidemioloji vəziyyət pisləşdiyi üçün bəzi regionlarda yeni dərs ili təxirə salınıb.

BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib. Onun sözlərinə görə, Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori və Poti kimi iri şəhərlərdə şagirdlər və tələbələrin dərsi oktyabrın 1-də başlayacaq. Bu müddət ərzində tədris distant olacaq. Oktyabrın 1-dən sonra sinif və auditoriyalarda təhsil prosesi davam edəcək.

"Biz mövcud riskləri düzgün qiymətləndirməliyik və bunun üçün epidemioloqlarla birlikdə bizə 2 həftə lazımdır. Bundan sonra biz uşaqlarla bağlı əlavə qərarlar qəbul edəcəyik".

Xatırladaq ki, bu həftə Gürcüstanda fevraldan bu yana ən yüksək yoluxma qeydə alınıb. Son sutkada yoluxma 87 nəfərə kimi artıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər