Gürcüstanda azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Bolnisi rayonunda koronavirusa yoluxan azərbaycanlı hamilə qadın koronavirusdan tam sağalıb.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.
Onun sözlərinə görə, 24 həftəlik hamilə qadın xəstəxanaya martın 26-da çatdırılıb və pasiyentdə xəstəlik ciddi ağırlaşmalar olmadan keçib.
L.Ratiani deyib ki, qadının koronavirusla bağlı iki testinin cavabı mənfi olub: “Bir neçə saatdan sonra o, evə buraxılacaq. Dölün də vəziyyəti yoxlanılıb. Hazırkı mərhəldə döl fizioloji şərtlərə uyğundur”.
Qeyd edək ki, Gürcütanda bu günə qədər COVID-19 infeksiyasına 252 nəfər yoluxub. Onların 63-ü sağalıb, 3-ü isə ölüb.
Oxşar xəbərlər
Almaniyada yaşayan azərbaycanlı həkim koronavirusla bağlı SİRLƏRİ AÇDI
Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan Almaniyada təhsil alıb fəaliyyət göstərən Rottal İnn Klinikasının Ginekologiya Şöbəsinin həkim-rezidenti, hə...