Gürcüstan Azərbaycanla təhsil sahəsində münasibətləri yaxşılaşdırmağa hazırdır - RƏSMİ

Gürcüstan Azərbaycanla təhsil sahəsində münasibətləri yaxşılaşdırmağa hazırdır - RƏSMİ
Sosial 48

“Gürcüstan və Azərbaycanın təhsil nazirlikləri arasında çox sıx əməkdaşlıq qurulub. Biz Azərbaycanla təhsil sahəsində münasibətlərin daha da yaxşılaşdırılması üçün daha çox addımların atılması üzrə hazırlığımızı hər zaman ifadə edirik”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan təhsil nazirinin Gürcüstana rəsmi səfəri təhsilin müxtəlif səviyyələrindəki gələcək münasibətlərlə bağlı planları müzakirə etməyə imkan verdi: “Aparılmış müzakirələr və keçirilmiş görüşlər çox maraqlı oldu. Biz Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə də görüşlər təşkil etdik. Təhsil ocaqlarında cari məsələlərin müzakirəsi baş tutdu və təhsilin keyfiyyətinin artırılması üzrə birgə mümkün planları tutduq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər