Günvurma zamanı nə etməliyik? - İlkin tibbi yardım belə göstərilməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər ölkə ərazisində anomal istilər müşahidə olunur. Artıq bəzi yerlərdə tempratur 44 dərəcəyə çatıb.
BAKU.WS xəbər verir ki, isti havalara baxmayaraq bəzi şəxslər günün müxtəlif saatlarında havaya çıxırlar. Həkimlər bildirir ki, belə havada günəş şüalarının altında olmaq olduqca təhlükəlidir.
Günəş şüaları altında gəzmək günvurma ilə nəticələnə bilər ki, bu da sinir sistemi ilə bağlı şikayətlərin yaranmasına səbəb olur. Adətən baş ağrısı, gicəllənmə, gözün qaralması, ürək bulanması kimi hallar yaranır. Vaxtında tibbi yardım göstərilməzsə, daha ağır fəsadlar yarana bilər. Ürək-damar və tənəffüs çatışmamazlığı və ürək dayanması da ola bilər.
Günvurma riski xroniki xəstəliklərdən əziyyət çəkənlərdə - təzyiq, şəkər, qaraciyər, böyrək və xrəçəng xəstələrində daha çoxdur. Eyni zamanda 60-dan yuxarı, 5 yaşdan kiçik şəxslərin günvurmadan əziyyət çəkməsinə daha çox rast gəlinir.
Əgər kimsə günvurma ilə rastlaşıbsa ilk növbədə həmin şəx kölgəlik əraziyə aparılmalıdır. Onun üzərində dar və ya qalın paltar varsa onu açmaq lazımdır. Bundan sonra həmin şəxsə su içirmək lazımdır və soyuq suya batırılmış parçanı qarın, göbək və ya alın nahiyəsinə qoymaq lazımdır.
Oxşar xəbərlər
İstivurma və günvurmadan necə qorunmaq olar? - AÇIQLAMA
"İstivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Bu zaman orqanizmin ümumi isinməsi, b...