Güclü qar İsmayıllıda elektrik enerjisinin verilişində problemlər yaradıb - FOTO

Güclü qar İsmayıllıda elektrik enerjisinin verilişində problemlər yaradıb - FOTO
Foto
Sosial 158

Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb.

Elektrik verilişində yaranmış kəsilmələr qısa müddət ərzində bərpa edilib. Eyni zamanda güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub.

Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.

Qeyd edək ki, hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib

Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...

2354 Sosial 00:05 09 dekabr 2020

Son xəbərlər