Gözəllik salonundan şok cavab: "Şikayət etdiyiniz qurumlara məndən salam deyin"
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaş Nigar Güləhmədova bədənşəkilləndirmə proseduru üçün müraciət etdiyi "By Mahsati" gözəllik salonundan şikayətçidir.
Onun sözlərinə görə, prosedur üçün ödəniş etsə də, xidmət göstərilməyib və vəsaiti geri qaytarılmayıb:
"100 manat ödəniş etdim. Dedilər ki, sabah yox, birisi gün prosedur təyin ediləcək. Bir gün gözlədim, ikinci gün isə heç bir məlumat verilmədi. Yenidən müraciət edib pulumu geri qaytarmağı tələb etdim. Cavab olaraq bildirildi ki, "pul qaytarmırıq, hara istəyirsiniz, müraciət edin, müraciət etdiyiniz təşkilatlara məndən də salam deyərsiniz".
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, 2025-ci ildə sözügedən mərkəzlə bağlı agentliyə 5 istehlakçı müraciəti daxil olub.
"Keçirilmiş araşdırmanın nəticələrinə əsasən, 2 müraciət üzrə müraciət edən şəxslərə qanunvericiliyə uyğun izahat və tövsiyələr verilib. Digər müraciətlər üzrə araşdırmalar davam etdirilir. 2026-cı ildə isə həmin mərkəzlə bağlı 1 istehlakçı müraciəti daxil olub və hazırda bu müraciət üzrə araşdırma aparılır".
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...