Göygöldə qar səbəbindən nəqliyyatın işi çətinləşib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöldə yağan qar nəqliyyatın hərəkətini çətinləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.
Bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür. Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafə, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər.
Qalereya
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...