Göyçayda Yeni İl şənliyində karantin qaydaları pozulub
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub.
BAKU.WS xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Göyçay rayonu, Çayarxı kəndində fəaliyyət göstərən “Göyçay” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Belə ki, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
“Xoşbəxt məkan” şadlıq sarayının sahibi cərimələnib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində fəaliyyət göstərən vəzifəli şəxs Şahverdiyev Rəşad Sabir oğluna məxsu...